Çempionlar Liqasının II təsnifat mərhələsində keçirilən “Olimpiakos” – “Neftçi” oyununda gərgin anlar yaşanıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun baş məşqçisi Samir Abasov meydan sahiblərinin azarkeşləri ilə kiçik mübahisə yaşayıb.
Abasovun hakimin qərarına etirazı “ağ-qaralar”ın texniki zonasından arxada dayanan fanatların kəskin narazılığına səbəb olub. 41-ci dəqiqədə baş verən bu insident qısa müddət çəkib və Abasov azarkeşlərin hərəkətinə əvvəlcə qarşılıq versə də, daha sonra alqışla onları “susdurub”.
Bu epizoddan az sonra isə Namiq Ələsgərova qarşı kobud oynayan “Olimpiakos”un futbolçusu Məhəmməd Kamara birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi