Müdafiəçisi Almaniya klubunda - “Mançester Siti”nin
20.08.2021 - 15:49
İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Kou İtakura karyerasını Almaniyada davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, mərkəz müdafiəçisi “Şalke”yə keçib.
24 yaşlı yaponiyalı bir mövsümlük icarəyə götürülüb. 2019-cu ildə “Kavasaki”dən 1 milyon avroya transfer olunan müdafiəçi Mançester təmsilçisinin heyətinə düşməkdə çətinlikdə üzləşdiyindən belə addım atılıb.
Qeyd edək ki, İtakura ötən mövsüm Niderland təmsilçisi “Qroninhen”ə icarəyə verilmişdi.
0
0