Müqaviləsi uzadıldı – AVRO-2020-ni buraxan futbolçunun
19.08.2021 - 14:51
İngiltərənin “Lester” klubu futbolçusu Harvi Barnsla müqaviləni uzadıb.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi ilə yeni anlaşma 2025-ci ilədək nəzərdə tutulub.
Əvvəlki anlaşma isə 2024-cü ildə başa çatmalı idi. 23 yaşlı futbolçu ötən mövsüm Premyer Liqada 25 matçda 9 qol vurub.
Qeyd edək ki, Barns AVRO-2020-yə yollanmağa namizəd olsa da, zədə səbəbindən İngiltərə millisindən kənarda qalıb.
0
0