Müqaviləsini uzatdı - Benzema
20.08.2021 - 16:56
İspaniyanın “Real” klubu və Kərim Benzema arasında müqaviləni uzadılıb.
Apasport.az saytının məlumatına görə, yeni anlaşma 2023-cü ilin yayında başa çatacaq.
33 yaşlı hücumçu 2009-cu ildən Madrid təmsilçisində çıxış edir. Onun əvvəlki müqaviləsi 2022-ci ilin yayında başa çatmalı idi.
Qeyd edək ki, Kərim “Real”da üç dəfə ölkə çempionu, dörd dəfə Çempionlar Liqasının qalibi olub.
0
0