“Belə bir vəzifə ilə bağlı adımın hallanması qürurvericidir”.
Apasport.az saytının məlumatına görə, bunu “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mustafa Dənizli deyib.
Təcrübəli mütəxəssis Türkiyə Futbol Federasiyasının prezidentliyinə namizəd göstərilməsinə münasibət bildirib. Nihan Özdəmirin istefasından sonra boş qalan posta iddia etmədiyini, lakin əleyhinə də olmadığını qeyd edib: “Amma mən bu vəzifəyə iddia etmirəm. Əgər bütün klublar belə istəsə və mənə ehtiyac olsa, vəzifədən qaçmaram”.
Qeyd edək ki, TFF prezidenti iyunun 16-da seçiləcək. Əksər klub prezidentləri bu postda Dənizlini görmək istəyir.
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi