“Bursaspor” klubunda cari mövsümün qol vurulmasında ən faydalı oyunçuları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, TFF I liqasında 8 oyunda 10 qol vuran Bursa təmsilçisinin heyətində ən məhsuldar oyunçular sırasında Azərbaycan millisinin hücumçusu Namik Ələskərov da yer alıb.
26 yaşlı ön xətt oyunçusu yayda keçdiyi yeni komandasında qol hesabını açmasa da, 10 topun 3-nün məhsuldar ötürməsini verməyi bacarıb. Bununla Ələskərov qollara ən çox töhfə verən ikinci oyunçu olub.
Bu baxımdan ilk pillədə Massimo Bruno qərarlaşıb. Belçikalı 2 qol, 2 assistlə komandanın ən faydalı ön xətt oyunçusudur.
Digər futbolçulardan 2-si iki qolda, qalanları isə bir qolda yaxından iştirak edib.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"