Türkiyədə lirənin dəyərdən düşməsi komandaların büdcələrinə də təsirsiz ötüşməyib.
Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, TFF I Liqa təmsilçilərindən ən çox ziyana düşən klub “Bursaspor”dur.
Məsələ burasındadır ki, avqustda 1 avronun qarşılığı 10 lirə idisə, indi bu, 14 lirədən çoxdur. Bursa klubunun heyətində 8 əcnəbi futbolçunun maaşı avro ilə aldığını nəzərə alsaq, onların məvacibləri avtomatik olaraq təxminən 40 faiz artıb. Həmin oyunçular arasında Azərbaycan millisinin hücumçusu Namik Ələskərov da var.
Qeyd edək ki, “Bursaspor” 12 turdan sonra 14 xalla çempionatda 11-ci pillədə qərarlaşıb.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı