PSJ-nin hücumçusu Neymar məşqlərə sərxoş vəziyyətdə gəldiyi ilə bağlı iddiaları özünəməxsus şəkildə cavablandırıb.
Apasport.az saytının məlumatına görə, Braziliya millisinin üzvü Liqa1-in XXX turunda “Loryen”lə oyunun ardından bununla bağlı paylaşım edib.
Komandasının 5:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada dubla imza atan 30 yaşlı ulduz futbolçu spirtli içki qəbul etdiyini iddia edənlərə sərgilədiyi oyunu işarə edərək, belə cavab verib: “Dedikləri kimi sərxoş idim. Buna görə də işə yaradı”.
Qeyd edək ki, sona 8 tur qalmış turnir cədvəlinə başçılıq edən PSJ ən yaxın izləyicisini 12 xal qabaqlayır.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ