Özünə klub tapdı – millinin sabiq futbolçusu
20.08.2021 - 12:49
İngiltərə millisinin futbolçusu Hari Kehillin yeni klubu bəlli olub.
Apasport.az saytının məlumatına görə, 35 yaşlı müdafiəçi karyerasını “Bornmut”da davam etdirəcək.
Onunla 1 illik müqavilə imzalanıb. İtaliya klublarının da maraq dairəsində olan arxa xətt oyunçusu vətənində çıxış etməyə üstünlük verib.
Qeyd edək ki, 2010-18-ci illərdə İngiltərə millisinin formasını geyinən Kehill “Aston Villa”, “Bernli”, “Şeffild Yunayted”, “Bolton” və “Çelsi”də çıxış edib.
0
0