PSJ hücumçusu Kilian Mbappeni komandada saxlamaq cəhdlərindən əl çəkmir.
Apasport.az saytının məlumatına görə, Paris təmsilçisi ulduz futbolçu ilə danışıqlarını davam etdirir.
Lakin avqustdan bəri danışıqlarda heç bir irəliləyiş əldə olunmayıb. Fransızlar onu komandanın ən yüksək ödənişli oyunçusu etmək niyyətindədir. Lakin astronomik məbləğdə maaş 22 yaşlı forvardın qərarına təsir etmir. Mbappenin “Real”a keçmək ehtimalı daha yüksək qiymətləndirilir. “Kral klubu” yanvarın 1-də onunla rəsmi danışıqlara başlayacaq.
Qeyd edək ki, PSJ ilə müqavilə müddəti gələn ilin yayına qədər olan Kilian Mbappe bu mövsüm 17 oyunda 8 qol vurub, 12 məhsuldar ötürmə verib.
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA