Çempionlar Liqasının qrup mərhələsinin III turunda öz meydanında “Leypsiq”lə qarşılaşacaq PSJ ciddi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, Paris təmsilçisi sabahkı görüşdə aparıcı futbolçusu Neymarın xidmətindən məhrum olacağını açıqlayıb.
Buna səbəb hücumçunun Braziliya millisinin düşərgəsindən qayıtdıqdan sonra qasıq nahiyəsində ağrılar hiss etməsi olub. Həkimlər onun müayinə olunmasının vacibliyini vurğulayıb. Bu səbəbdən Neymar bir neçə gün kollektivdən ayrı hazırlaşacaq.
Neymarla yanaşı, Argentina yığmasının heyətində zədələnən yarımmüdafiəçi Leandro Paredes və çoxdandır zədədən əziyyət çəkən müdafiəçi Serxio Ramos da “Leypsiq”lə görüşdə məşqçilər korpusunun sərəncamında olmayacaq.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"