“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidanın adı daha bir klubla birgə hallanır.
Apasport.az saytının məlumatına görə, bir neçə gün əvvəl “Mançester Yunayted”in təklifini rədd edən fransalı mütəxəssis PSJ-yə rəhbərlik edə bilər.
Parislilər “Mançester Yunayted”ə keçidi müzakirə olunan Mauritsio Poçettinonun boşluğunu məhz Zizu ilə doldurmaq niyyətindədir. Liqa1 klubunun futbolçuları da tezliklə 39 yaşlı mütəxəssisin baş məşqçi postuna gətirilməsini istəyir.
Qeyd edək ki, PSJ Liqa1-ə başçılıq etməsinə baxmayaraq, rəhbərlik ulduz futbolçularla dil tapa bilməyən Poçettino ilə yolları ayırmağı düşünür.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı