PSJ-nin yay arzusu
29.01.2022 - 00:35
PSJ-nin yay transfer hədəfi bəlli olub.
Apasport.az saytının məlumatına görə, Fransa klubu Pol Poqbanı heyətinə qatmaq üçün indidən fəaliyyətə başlayıb.
Liqa1 təmsilçisi mövsümün sonunda azad agent olacaq ulduzu xərcə düşmədən ələ keçirmək niyyətindədir. Parislilərin idman direktoru Leonardo Poqbanın agenti Mino Rayola ilə bir neçə dəfə görüşüb. Şərəfini qoruduğu “Mançester Yunayted”lə müqaviləni uzatmayacaq yarımmüdafiəçi də PSJ-yə keçmək fikrindədir.
Qeyd edək ki, ötən ilin noyabrında zədələnən futbolçu hazırda bərpa dövrü keçir.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0