Çempionlar Liqasının 1/8 final mərhələsində keçirilən “Porto” – “Yuventus” oyununda qalmaqal yaşanıb.
Apasport.az saytının məlumatına görə, epizodların birində komandaların müdafiəçiləri Pepe və Merih Demiral arasında gərginlik olub.
Hava topu uğrunda mübarizədən sonra türkiyəlinin ona qarşı kobud oynadığını düşünən Pepe yerə düşərkən əsəbi şəkildə yumruq atıb. Zərbəsi boşa çıxan oyunçu rəqibinin üzərinə şığısa da, Merihin çəkinmədiyini və qarşılıq verdiyini görüncə, geri addım atıb. Portuqaliyalı hakimə Demiralın onun gözünə vurduğunu işarə edib.
Qeyd edək ki, oyun “Porto”nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
- Braziliya millisinin üzvü butslarını mismardan asdı
- Mourinyodan Rafa Silva açıqlaması: “Tanımadığım birindən niyə xoşum gəlməsin?”
- “Neftçi”dən azarkeşlərə jest: bir bilet - 2 oyuna giriş
- "Arsenal" 15 yaşlı futbolçu ilə anlaşıb
- Kerem Aktürkoğluna Harri Potter şoku: Warner Bros. futbolçunu məhkəməyə verdi