“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba gələcəyi ilə bağlı qərarını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, bir müddət əvvəl komandadan ayrılmaq istəyən Fransa millisinin üzvü fikrini dəyişib.
O, Kriştiano Ronaldonun gəlişindən sonra “mankunianlar”da çıxış etmək arzusunu dilə gətirib: “Mançester Yunayted”də oynamağı sevirəm. Ronaldo xüsusi futbolçudur. O, dünyanın ən yaxşılarından biridir və onunla oynamaqdan zövq alıram”.
Onun mövsümün sonuna qədər olan müqavilə müddətini yeniləməsi gözlənilir. Klub bununla bağlı danışıqları intensivləşdirib.
Qeyd edək ki, Pol Poqba 2016-cı ildən “Mançester Yunayted”in formasını geyinir.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"