“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba “Yuventus”a qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Apasport.az saytının məlumatına görə, Fransa millisinin üzvü bu variantı qəti şəkildə təkzib etməyib.
Ulduz futbolçu gələcəyi ilə bağlı qərarını mövsümün sonuna saxladığını deyib: “Yuventus”dakı futbolçularla daim əlaqədəyəm. Məsələn, Paulo Dibala ilə. Hazırda “Mançester Yunayted”in üzvüyəm və daha bir illik müqaviləm qüvvədədir. Mövsümü burada uğurla başa vurmaq istəyirəm. Ondan sonra nə olacağını görəcəyik”.
Qeyd edək ki, Pol Poqba “Mançester Yunayted”ə 2016-cı ildə məhz “Yuventus”dan keçib.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”