İngiltərə Premyer Liqa klubları “Nyukasl”ın Səudiyyə Ərəbistanı investisiya fonduna satılmasından narazıdır.
Apasport.az saytının məlumatına görə, elitanın digər 19 təmsilçisi bununla bağlı liqa rəhbərliyinə müraciət edib.
Klub rəhbərləri gələn həftə təcili iclas tələb edib. Onlar “Nyukasl”ın hansı əsasla satılmasına icazə verilməsi barədə geniş məlumat istəyib. Komanda sahibləri Premyer Liqa brendinin zədələnəcəyindən, həmçinin transfer haqqının və futbolçuların maaşlarının artması ilə əlaqədar narahatlıqlarını ifadə etdilər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanından olan investisiya fondu oktyabrın 7-də “Nyukasl”ın səhmlərinin 100 faizini 358 milyon avroya alıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”