Baş məşqçi Stiv Bryusla yollarını ayıran “Nyukasl” yeni çalışdırıcı axtarışını davam etdirir.
Apasport.az saytının məlumatına görə, “sağsağanlar”ın yeni rəhbərliyi həftənin sonuna qədər bu problemi yoluna qoymaq qərarına gəlib.
Premyer Liqa təmsilçisinin hazırda baş məşqçi postuna 3 namizədi var. Rəhbərlik Eddi Houe, Paulo Fonseka və Lusyen Favrdan birinin mövsümün sonuna qədər komandanın sükanı arxasına gətirməyi düşünür. Məqsəd isə elitada qalmaq olacaq.
Klubun səhmlərini alan Səudiyyə Ərəbistanı dövlət investisiya fondu mövsümün sonunda daha güclü mütəxəssis və futbolçu heyəti ilə anlaşmağı planlaşdırır.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"