“Mançester Yunayted” azarkeşləri komandanın Premyer Liqadakı çıxışından məmnun deyil.
Apasport.az saytının məlumatına görə, bu səbəbdən “qırmızı şeytanlar”ın fanatları narazılıqlarını dilə gətirmək qərarına gəlib.
Onlar IX turda “Liverpul”la keçiriləcək qarşılaşma zamanı etiraz aksiyası keçirmək niyyətindədirlər. Oktyabrın 24-də “Old Trafford”da baş tutacaq matçdan əvvəl və görüşün gedişində kütləvi etiraz aksiyası olacaq.
Klub rəhbərliyi isə bu üzdən təhlükəsizlik tədbirlərini artırmaq qərarına gəlib. Vəziyyətin gərginləşməsinin qarşısını almaq yönündə polis də daxil olmaqla yerli hakimiyyət orqanları ilə birgə iş aparılır.
Qeyd edək ki, “Mançester Yunayted” iki gün əvvəl “Lester”ə 2:4 hesabı ilə məğlub olaraq, turnir cədvəlində 6-cı pilləyə düşüb.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"