“Mançester Yunayted” yay transfer pəncərəsi üçün hazırlıqlara başlayıb.
Apasport.az xəbər verir ki, “qırmızı şeytanlar” mövsümün sonunda 4 transfer etməyi planlaşdırır.
Rəhbərlik yarımmüdafiəni komandanın ən zəif nöqtəsi hesab edir və ilk növbədə bu problemi yoluna qoymağa çalışacaq. Hazırda heyətdə 29 oyunçu olduğundan, qışda transfer mümkün görünmür. Premyer Liqa təmsilçisi yayda Edinson Kavani, Cessi Linqard, Xuan Mata və Pol Poqba ilə yollarını ayıracaq.
Mövsümün sonu üçün ilk hədəf “Vest Hem”in yarımmüdafiəçisi Deklan Raysdır. Həmçinin hücum xəttinin gücləndirilməsi də planlaşdırılır. Digər mövqelərlə bağlı qərar isə komandadakı oyunçuların qalıb-qalmamasından asılı olacaq.
“Mançester Yunayted” eyni zamanda mövsümün sonunda Ralf Ranqniki yola salıb, yeni baş məşqçi gətirəcək.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı