İtaliyanın “Yuventus” klubu yeni hücumçu transfer etmək istəyir.
Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi Aleksandr Lyakazetti heyətinə qatmağı planlaşdırır.
A seriyası klubu İngiltərə “Arsenal”ında oynayan fransalı forvardı qış transfer dövründə almaq niyyətindədir. London təmsilçisi də yayda azad agent statusu daşıyacaq oyunçunu satmaqda maraqlıdır.
A seriyasına uğursuz başlayan “Yuventus” 2022-ci ilin yayında Lyakazetti pulsuz da heyətinə qata bilər. Lakin turinlilər hücumdakı problemlərin daha tez həll olunmasını istəyir.
Qeyd edək ki, Aleksandr İspaniya klublarından da təklif alıb.