Azərbaycan Premyer Liqasının arxada qalan birinci dövrənin 28 oyununu cəmi 19 min 710 tamaşaçı izləyib.
Apasport.az saytının məlumatına görə, bu rəqəm bəzi stadionların tutumundan az, hətta yarısından da azdır.
Bu o deməkdir ki, 7 turun izləyiciləri bir görüşdə qeydə alına biləcək rəqəmdən də aşağıdır. Hərçənd təxminən 17 aydan sonra stadionda çempionat izləmək imkanı yarandığından, bu rəqəmin daha böyük olacağına ümid etmək olardı.
Orta tamaşaçı sayı isə hər matç üçün 704-ə bərabərdir. Ev oyunlarındakı göstəriciyə əsasən “Neftçi” liderdir.
Bu da daha çox “Qarabağ”la derbinin 3300 tamaşaçı toplaması ilə bağlıdır. Autsayder mövqeyində isə “Keşlə” qərarlaşıb.
|
yer |
klublar |
tamaşaçı |
ev oyunu |
orta hesabla |
|
1 |
Neftçi |
5100 |
3 |
1700 |
|
2 |
Qarabağ |
2900 |
3 |
967 |
|
3 |
Sabah |
3700 |
4 |
925 |
|
4 |
Qəbələ |
2200 |
3 |
733 |
|
5 |
Sumqayıt |
1340 |
3 |
447 |
|
6 |
Səbail |
1600 |
4 |
400 |
|
7 |
Zirə |
1500 |
4 |
375 |
|
8 |
Keşlə |
1370 |
4 |
343 |
|
Cəmi |
|
19710 |
28 |
704 |
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"