Hakimlər Komitəsi beynəlxalq təcrübədən yararlmaqla hakimlərin oyunlardan sonra “CBC Sport” televiziya kanalında müsahibələrinin təşkil olunmasına qərar verib.
Apasport.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının qarşılaşmalarını idarə edən referilərin oyun ərzində qəbul etdikləri qərarların bəzi hallarda birmənalı qarşılanmaması səbəbindən qurum bu addıma əl atıb.
Premyer Liqanın növbəti turundan etibarən baş hakim matçda verdiyi müəyyən qərarları (qol, birbaşa qırmızı və ya ikinci sarı vərəqə, penaltinin olub-olmaması – VAR sisteminin protokoluna uyğun olan epizodlar) qarşılaşmadan sonra izah edə bilər. Ehtiyac duyularsa, müxtəlif rakuslardan təqdim olunan görüntülərə baxaraq epizodun müqayisəli təhlili aparılacaq.
Bu, VAR (Video Köməkçi Hakim) sisteminin tətbiqi istiqamətində növbəti addımdır. Əsas məqsəd şəffaflığın təmin olunması və oyun ərzində verilən hər bir qərarın hansı səbəbdən qəbul olunduğunu ictimaiyyətin nəzərinə çatdırmaqdır.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”