Qayıdır – millinin sabiq futbolçusu
17.09.2021 - 17:54
İtaliya millisinin sabiq futbolçusu Sebastyan Covinko karyerasını yenidən MLS-də davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, 34 yaşlı hücumçu “Toronto”ya keçməyə yaxındır.
Hazırda Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən forvard Kanada təmsilçisi ilə danışıqları yekunlaşdırmaq üzrədir. Covinko yaxın günlərdə yeni klubuna qoşulacaq. Onun müqaviləsi 2022-ci ilin yanvarına qədər olacaq.
Sebastyan 2015-18-ci illərdə bu komandanın heyətində MLS-də 100-dən çox oyun keçirib. O, ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatında 21 görüşə çıxıb və 1 qol vurub.
0
0