Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları davam edir.
Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Neftçi”nin III təsnifat mərhələsindəki mümkün rəqibləri Sloveniyada üz-üzə gəlib.
“Olimpiakos” (Yunanıstan) – “Neftçi” (Azərbaycan) cütünün qalibi ilə qarşılaşacaq komandanın müəyyənləşdirməli olan “Mura” (Sloveniya) və “Lüdoqorets” (Bolqarıstan) ilk duelə çıxıb. Qarşılaşma qonaqların böyük üstünlüyü şəraitində keçib.
Buna baxmayaraq, Bolqarıstan təmsilçisi sloveniyalıların müdafiə səddini yara bilməyib. Komandalar arasında görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, “Mura” ilə “Lüdoqorets” arasında cavab görüşü iyulun 28-də keçiriləcək.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi