Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun babası vəfat edib.
Apasport.az saytının məlumatına görə, bu barədə gənc forvard instaqram səhifəsi vasitəsilə paylaşımında yazıb.
Maraqlıdır ki, “Tondela”nın formasını geyinən yığmamızın üzvü Portuqaliya çempionatının VII turunda “Famalikao” ilə qarşılaşmadan dərhal sonra paltardəyişmə otağında bu barədə məlumat alıb. 84-cü dəqiqədə vurduğu qolla komandasına 3:2 hesablı qələbə qazandıran Renat final fitindən sonra komanda yoldaşları ilə birlikdə bunu bayram edib.
O, az sonra həyatının ən pis xəbərini aldığını vurğulayıb: “Oyundan sonra matçlarımı bir daha canlı olaraq izləyə bilməyəcəyin mesajlarını aldım. Hər şey sənin üçün idi, baba. Kaş bunu görə biləydin, amma əminəm ki, görürsən. Səndən ötrü darıxıram, dincəl. Səni sevirəm”.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”