Qolsuz sülh - “Qarabağ”ın rəqiblərindən
16.09.2021 - 20:45
Konfrans Liqasının qrup mərhələsinin I turu davam edir.
Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi “Qarabağ”ın yer aldığı H qrupunda mübarizəyə start verilib.
I turun ilk görüşü Qazaxıstanda baş tutub. “Kayrat” öz meydanında Kipr “Omoniya”sını qəbul edib. Qarşılaşma qolsuz sülhlə başa çatıb.
Qeyd edək ki, “Qarabağ” öz meydanında İsveçrə “Bazel”i ilə görüşür.
0
0