“Meydançada yaxşı atmosfer var idi”.
Apasport.az saytının məlumatına görə, bunu “Şamaxı”nın baş məşqçisi Sənan Qurbanov deyib.
42 yaşlı mütəxəssis Premyer Liqanın XXII turunun “Neftçi” ilə görüşü barədə fikirlərini “CBC Sport”a açıqlayıb: “Oyuna yaxşı başladıq. Qol da vurduq. Amma rəqib son çempiondur. Buna baxmayaraq, biz də çalışdıq. İlk yarıda pressinq etdik. Çalışacağıq ki, gələcəkdə azarkeşlər önündə məğlub olmayaq. “Neftçi” ilk yarını məğlub bitirmişdi. Bilirdik ki, ikinci hissədə aqressiv olacaqlar. Qol imkanlarımızdan yararlana bilmədik. “Neftçi”nin ustalığa malik oyunçuları isə belə imkanları qaçırmadı”.
Qeyd edək ki, “Şamaxı” hesabı açdığı qarşılaşmada 1:2 hesabı ilə uduzub.
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
- “Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
- “Fənərbaxça”nın futbolçusu əməliyyat olunub - 2 ay oynamayacaq