“Zirə” komandası ilə Azərbaycan Kubokunda iki dəfə qarşılaşmışıq və məğlub olmuşuq”
Apasport.az saytının məlumatına görə, bunu “Səbail”in kapitanı Rahid Əmirquliyev deyib.
Təcrübəli yarımmüdafiəçi Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Zirə” ilə ilk oyunu ərəfəsində klubun rəsmi saytına açıqlama verib. Rahid sabahkı görüş barədə fikirlərini açıqlayıb: “Lakin xatırlayıram ki, ikinci qarşılaşmamızdakı məğlubiyyətdə hakim səhvi var idi. Bunlar artıq keçmişdə qalıb. “Zirə” qış fasiləsində daha da güclənib. Düşünürəm ki, qış fasiləsindəki hazırlıqda topladığımız güc sayəsində əzmkar mübarizə apararaq, növbəti mərhələyə keçən komanda biz olacağıq”.
Qeyd edək ki, “Zirə” – “Səbail” qarşılaşması saat 17:00-da başlayacaq.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı