Rusiyalı milyarder Abramoviçin Türkiyənin "Göztəpə" klubunu alması xəbəri yalandır.
Apasport.az “Hurriyyet“ə istinadən xəbər verir ki, bu barədə "Göztəpə" prezidentinin müşaviri Tələt Papatya bildirib.
“Abramoviçin "Göztəpə"ni aldığını mətbuatdan oxuyuruq. Bu hadisənin bizimlə heç bir əlaqəsi yoxdur”, - deyə bildirilib.
***
Saat. 21:28
Roman Abramoviç yeni futbol klubu alıb.
Apasport.az saytının “D-Smart Spor”a istinadən məlumatına görə, rusiyalı biznesmen Türkiyə təmsilçisi “Göztəpə”nin sahibi olub.
Tərəflər alqı-satqı ilə bağlı bütün detalları razılaşdırıb. Klubun sahibinin dəyişməsi aprelin 8-də rəsmən elan olunacaq.
Qeyd edək ki, “Çelsi”nin sahibi kimi tanınan Abramoviç martın 10-da Böyük Britaniya hökumətinin qərarı ilə klubun rəhbərliyindən uzaqlaşdırılıb.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ