Ronaldo Corcinaya “Bentli” hədiyyə etdi - FOTO
24.11.2021 - 16:42
Portuqaliya millisinin və “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo sevgilisi Corcina Rodrigesə yeni hədiyyə alıb.
Apasport.az saytının məlumatına görə, ulduz hücumçu əkiz uşaq gözləyən xanımına yeni “Bentli” avtomobili bağışlayıb.
Corcina bu hədiyyənin şəklini öz instaqram səhifəsində paylaşıb. O, ağ kürk ilə avtomobilin önündə şəkil çəkdirib. Rodrigesin əlində timsah dərisindən çanta da var.
Qeyd edək ki, 5 ilə yaxındır bir yerdə olan cütlüyün qızı Alana üç yaşındadır. Ronaldonun 11 yaşlı Kriştiano-Junior, 4 yaşlı əkizlər Yeva və Mateo adlı uşaqları da var.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
0
0