İngiltərə Premyer Liqasında hücumçuların rəqib müdafiəçilərin üzərinə təzyiq dərəcəsi ilə bağlı araşdırma aparılıb.
Apasport.az saytının məlumatına görə, statistikaya görə, “Kristal Pelas”dan Vilfred Zaha və “Brayton”dan Neyl Mope bütün həmkarlarını qabaqlayır.
Onlar hər oyunda orta hesabla 20 belə hərəkətlə ən yaxşı hücumçulardır. Siyahıda sonuncu yeri “Mançester Yunayted”in forvardı Kriştiano Ronaldo tutur. 36 yaşlı superulduz hər matçda orta hesabla rəqib müdafiəsinə cəmi 2,7 dəfə təzyiq edir.
Siyahı tərtib edilərkən cari mövsüm ən azı 270 dəqiqə oynayan hücumçular nəzərə alınıb. Ronaldo bu mövsüm 3 çempionat matçında iştirak edib və 3 qol vurub.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”