DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqla (5:0) matçda het-trik edən Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo daha bir rekorda yaxınlaşıb.
Apasport.az saytının məlumatına görə, 36 yaşlı forvard dünya çempionatının seçmə mərhələlərində vurduğu qol sayını bir qədər də artırıb.
Mundiallara vəsiqə uğrunda yarışlarda ümumilikdə 36 dəfə fərqlənən superulduz bu baxımdan ikinci pillədəki iranlı Əli Daiyə çatıb. Rekord isə qvatemalalı Karlos Ruisə məxsusdur. Onun aktivində 39 top var.
Ronaldo eyni zamanda 2021-ci ildə ən çox qol vuran Lionel Messiyə çatıb. CR7 ilə PSJ-nin argentinalı forvardı bu il bütün turnirlərdə 38 dəfə fərqlənib.
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO