DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Portuqaliya yığması Lüksemburqu böyük hesabla üstələyir.
Apasport.az saytının məlumatına görə, birinci hissədə rəqib qapısından 3 cavabsız top keçirən portuqaliyalılarda kapitan Kriştiano Ronaldo artıq dubla imza atıb.
Beş dəqiqə ərzində iki dəfə penaltidən fərqlənən 36 yaşlı superulduz Lüksemburqun qəniminə çevrilib. CR7 milli karyerası ərzində bu rəqibi ümumilikdə 8 dəfə mərkəzə dəvət edib ki, Lüksemburq onun ən çox məyus etdiyi komandaya çevrilib.
Millidə ümumi qol sayını 114-ə çatdıran Ronaldo həmçinin dünya rekordunu bir qədər də yaxşılaşdırıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”