Rusiyadan məğlub qayıdır - millimiz
18.09.2021 - 02:28
Qadınlardan ibarət Azərbaycan milli komandası dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində ilk oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Siyasət Əsgərovun komandası Moskvada Rusiya millisi ilə üz-üzə gəlib.
Oyun rəqib komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qrupumuzun digər görüşündə Bosniya və Hersoqovina evdə Monteneqroya 2:3 hesabı ilə uduzub. Bir gün öncə isə Danimarka Maltanı darmadağın edib - 7:0.
0
0