Şamaxı stadionu beynəlxalq oyunları qəbul edə biləcək
31.01.2022 - 17:45
Şamaxı şəhər stadionu beynəlxalq oyunları qəbul edə bilər.
Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, arenaya bununla bağlı müvafiq sənəd təqdim olunub.
Stadionda quraşdırılmış süni ot örtüyü FİFA tərəfindən “Quality Pro” sertifikatına layiq görülüb. FİFA tərəfindən verilmiş bu keyfiyyət nişanı stadionunda beynəlxalq oyunların keçirilməsinə imkan verir.
Qeyd edək ki, Premyer Liqada çıxış edən “Keşlə” 2022-ci ildə məhz bu arenaya köçəcək.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0