“Keşlə”nin legioneri Felipe Santos Azərbaycan futbolu tarixinə düşüb.
Apasport.az saytının məlumatına görə, o, Konfrans Liqasında təmsilçilərimizin vurduğu ilk qolun müəllifi olub.
O, II təsnifat mərhələsinin “Soçi” ilə cavab görüşündə fərqlənib. Santos 35-ci dəqiqədə qol sevinci yaşayıb.
Bununla da Azərbaycan klublarının yeni turnirdəki qol həsrəti başa çatıb. Azarkeşlərimiz bu topu 338 dəqiqə gözləyib.
Ötən həftə keçirilən “Qarabağ” – “Aşdod” və “Çukariçki” – “Sumqayıt” ( hər ikisi 0:0), “Soçi” – “Keşlə” (3:0) matçlarında komandalarımız qol vurmamışdı. “Keşlə” ilə eyni vaxtda başlayan “Sumqayıt” – “Çukariçki” oyununda da təmsilçimiz rəqib qapısına yol tapmayıb.
Qeyd edək ki, “Keşlə” – “Soçi” oyununda hazırda hesab 1:2-dir.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı