“Latsio” qapı xəttini Kepa Arrisabalaqa ilə gücləndirmək istəyir.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu “Çelsi”nin qolkiperinin transferində maraqlıdır.
Romalılar Tomas Strakoşanın mövsümün sonunda azad agent kimi ayrılması ehtimalını nəzərdən keçirir. A seriyası təmsilçisinin baş məşqçisi Mauritsio Sarri “Çelsi”də rəhbərliyi altında çıxış etmiş ispaniyalını yenidən sərəncamında görmək istədiyini rəhbərliyə bildirib.
“Latsio” onu qış fasiləsində icarəyə götürmək fikrindədir. Yeganə problem 27 yaşlı qolkiperin yüksək məbləğdə maaş almasıdır.
Qeyd edək ki, Kepa Arrisabalaqa bu mövsüm cəmi 1 matçda iştirak edib.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”