Serbiya yığması DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək oyunöncəsi daha bir itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, müdafiəçi Nikola Milenkoviç sabahkı görüşü buraxmalı olacaq.
Zədə səbəbindən iki gün əvvəl Lüksemburqla (1:0) oyunda iştirak etməyən mərkəz müdafiəçisinin millimizlə matça qədər sağalması gözlənilirdi. Lakin İtaliya mətbuatında onun sabah meydana çıxmayacağı yazılıb. “Fiorentina”nın oyunçusunun A seriyasının qarşıdakı turunda “Venetsiya” ilə görüşdə məşqçilər korpusunun sərəncamında olmaq ehtimalı yüksək qiymətləndirilir.
Qeyd edək ki, Serbiyanın digər mərkəz müdafiəçisi Straxinya Pavloviç və yarımmüdafiəçisi Filip Curiçiç sarı vərəqə cəzalısı olduğu üçün Belqraddakı qarşılaşmanı buraxacaq. Oyun isə Bakı vaxtı ilə 22:45-də başlayacaq.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”