“Bir gün getməli olacağam. Hər şey başlayır və bitir”.
Apasport.az saytının məlumatına görə, bunu “Atletiko”nun baş məşqçisi Dieqo Simeone deyib.
Argentinalı mütəxəssis Madrid təmsilçisini tərk edə biləcəyinə eyham vurub: “Ümid edirəm ki, hər şey ədalətli alınacaq və qərar hər iki tərəf üçün düzgün olacaq. Düşünmürəm ki, bu komandaya azarkeşlik etməyim və ya sevməyim əlavə təzyiq yaratsın. Bilirəm ki, qalib gəlmək lazımdır. Amma bunu nəzərə almıram. Mən komandaya fayda vermək gücündə olan və tapşırıqların öhdəsindən gələcək oyunçular seçirəm”.
Qeyd edək ki, Simeonenin “Atletiko” ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı