İtaliyalı mütəxəssis Antonio Konte yenidən İngiltərədə çalışmaq niyyətindədir.
Apasport.az saytının məlumatına görə, “Çelsi”nin sabiq çalışdırıcısı bu dəfə “Mançester Yunayted”ə rəhbərlik etməkdə maraqlıdır.
52 yaşlı məşqçi hazırda “qırmızı şeytanlar”da baş verən prosesləri izləyir. Premyer Liqa təmsilçisi baş məşqçi Ole-Qunnar Sulşerlə yolları ayırmaq qərarına gəlsə, Konte öz xidmətini onlara təklif edəcək. Yeni baş məşqçi axtarışında olan “Mançester Yunayted” rəhbərliyinin də bu posta bir neçə namizədi var.
Qeyd edək ki, Antonio Kontenin son iş yeri “İnter” olub. O, ötən mövsüm “neradzurra”ya A seriyası çempionluğunu qazandırdıqdan sonra istefa verib.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"