Tarixə düşdü – üç turnirdə qol vuran ilk futbolçu
17.09.2021 - 14:09
İtaliyanın “Roma” klubunun futbolçusu Lorenso Pelleqrini tarixi nailiyyətə imza atıb.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi avrokubokların hər üç turnirində qol vuran ilk futbolçu olub.
O, Konfrans Liqasının qrup mərhələsinin I turunda Bolqarıstan MOİK-inin qapısına yol tapıb. 5:1 hesablı qələbəyə töhfə verən Pelleqrini bunadək Çempionlar Liqası və Avropa Liqasında da qol sevinci yaşayıb.
Qeyd edək ki, Lorenso bu qarşılaşmadan sonra “Roma” ilə müqaviləsini uzadıb.
0
0