Tanınmış futbolçu Mark Overmars “Ayaks”dan qovulub.
Apasport.az saytının məlumatına görə, buna səbəb qadın həmkarlarına göndərdiyi mesajlar olub.
Karyerasını başa vurduqdan sonra Amsterdam klubunun İdarə Heyətinə daxil olan və idman direktoru vəzifəsini icra edən 48 yaşlı mütəxəssis digər klubların rəsmilərinə tərbiyəsiz mesajlar göndərib. Bu barədə qərar klubun Müşahidə Şurasının iclasından və baş direktor Edvin van der Sarla müzakirələrdən sonra verilib.
Qeyd edək ki, 2012-ci ilin yayında “Ayaks” da futbol direktoru təyin olunan Mark Overmars 2013-cü ilin fevralında idman direktoru vəzifəsinə gətirilib. Bu yaxınlarda o, 2026-cı ilin yayına qədər yenidən bu vəzifəyə seçilib.
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu