Gələn mövsüm üçün baş məşqçi axtarışını davam etdirən “Mançester Yunayted”də bu posta namizədlər sırasında “Çelsi”nin hazırkı çalışdırıcısı Tomas Tuxel də olub.
Apasport.az saytının məlumatına görə, hətta “qırmızı şeytanlar” almaniyalı mütəxəssislə təmasa da keçib.
Lakin Tuxel “Çelsi”də qalmaq istədiyini bildirib və təklifi rədd edib. O, hətta “zadəganlar”ın sahibinin dəyişməsinin də qərarına təsir etməyəcəyini bildirib. “Mançester Yunayted”in baş məşqçi postuna ən real namizədi isə “Ayaks”ın çalışdırıcısı Erik ten Haqdır.
Qeyd edək ki, “mankunianlar” hazırda komandanın sükanı arxasında olan Ralf Ranqniklə mövsümün sonunda yollarını ayıracaq.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ