Fransanın əfsanəvi futbolçusu Tyerri Anri dünya çempionatının iki ildən bir keçirilməsinə münasibət bildirib.
Apasport.az saytının məlumatına görə, “Barselona” və “Arsenal”ın sabiq futbolçusu FİFA-nın bu ideyasını dəstəkləməyib.
Onun sözlərinə görə, bu sistem tətbiq olunsa, futbolçulara psixoloji cəhətdən mənfi təsir edər: “FİFA bununla bağlı futbolçuların fikrini öyrənib? Dörd dünya çempionatında və üç Avropa çempionatında iştirak etmişəm, hər turnirdən sonra psixoloji cəhətdən “sınmışam”. Söhbət matçlardan getmir, dünya çempionatına hazırlaşmaqdan, ardından kluba dönməkdən və yeni mövsümə başlamaqdan gedir. Bu iki ildən bir baş versə, oyunçular üçün psixoloji cəhətdən çətin olacaq”.
Qeyd edək ki, 166 federasiya dünya çempionatının iki ildən bir keçirilməsi ideyasını dəstəkləyib, 22-si isə buna qarşı çıxıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”