Üç xalı silindi – Braziliya klubunun
25.09.2021 - 11:12
Braziliyanın “Bruske” klubunun hesabından üç xal silinib.
Apasport.az saytının məlumatına görə, buna B seriyası təmsilçisinin rəhbərlərindən birinin irqçi ifadələri səbəb olub.
O, “Londrina” ilə görüşdə rəqib futbolçusu Selsinyonun ünvanına belə şərh verib. Bu üzdən Braziliya İdman Ədaləti Ali Tribunalı (STJD) bu cür cəza tədbirinə əl atıb.
“Bruske” 60 min real (təxminən 9500 avro) cərimə də ödəyəcək. Klubun şurasının rəhbəri Xulio Peterman da işlətdiyi ifadə üçün cəza alıb. O, futbol fəaliyyətindən bir illik kənarlaşdırılıb və 30 min real cərimələnib.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0