Argentina millisinin sabiq futbolçusu Qonsalo İquain karyerasını başa vurmağa hazırlaşır.
Apasport.az saytının məlumatına görə, hazırda “İnter Mayami”nin formasını geyinən hücumçu bu barədə düşündüyünü etiraf edib.
34 yaşlı forvardın MLS təmsilçisi ilə müqavilə müddəti 2023-cü ilə qədərdir. Lakin o, bu ilin sonunda futbolla vidalaşmağı nəzərdən keçirir. İquain cari mövsüm MLS-də keçirdiyi 26 oyunda 10 qol vurub, 3 assist edib.
Qeyd edək ki, “River Pleyt”in yetirməsi olan Qonsalo İquain karyerası ərzində “Real”, “Yuventus”, “Napoli”, “Milan” və “Çelsi” kimi nəhənglərin formasını geyinib.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"