“Qremio”nun futbolçusu Duqlas Kosta Braziliya klubundan ayrılır.
Apasport.az saytının məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi icarə əsasında çıxış etdiyi “Qremio” ilə müqaviləsinə xitam verməyə hazırlaşır.
Braziliya millisinin üzvünün icarə sözləşməsi bu ilin yayına qədər olsa da, o, qış fasiləsində komandasını dəyişəcək. Müqavilə ilə “Yuventus”a məxsus olan Kosta Braziliya, ABŞ, Qətər və Səudiyyə Ərəbistanından təkliflər alıb.
Qeyd edək ki, “Yuventus”la müqaviləsi gələn ilin yayına qədər olan Duqlas Kosta bu mövsüm Braziliya çempionatında 25 oyun keçirib, 3 qol, 2 assistlə yadda qalıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı