“Barselona”nın müdafiəçisi Samuel Umtiti İtaliyaya köçməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, Fransa millisinin üzvü A seriyasının 2 klubunun maraq dairəsindədir.
Konkret olaraq “Yuventus” və “Milan” onu heyətinə cəlb etmək niyyətindədir. Adıçəkilən klublar 28 yaşlı mərkəz müdafiəçisinin durumunu izləyir. “Barselona”da əsas heyətə düşə bilməyən oyunçu ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilməsi gözlənilir. Belə olarsa, “qoca sinyora” və “rossonyerlər” onunla təmasa keçəcək.
Qeyd edək ki, “Barselona” ilə sözləşməsi 2023-cü ilin yayına qədər olan Umtiti cari mövsüm heç bir rəsmi oyunda iştirak etməyib.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”