XXI əsrin ikincisi – “Barselona”da
24.09.2021 - 12:10
La Liqanın “Kadis”lə oyunu daha bir gənc futbolçunun “Barselona”nın start heyətindəki debütü ilə əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, Qavi karyerasında ilk dəfə əsas komandanın “11-liy”ində meydana çıxıb.
Bu, onun 17 yaş 49 günlüyündə gerçəkləşib. Qavi XXI əsrdə “Barselona”da “11-liy”ə düşən ikinci ən gənc oyunçudur.
Yalnız Ansu Fati daha gənc ikən ilk dəqiqələrdən meydana çıxıb. O, 16 yaş 318 günlüyündə belə şans qazanıb.
Qeyd edək ki, “Barselona” bu matçda qolsuz heç-heçə ilə kifayətlənib.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0